14 Aprel 2022 21:13
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına dair müşavirədə ölkəmizin post-münaqişə dövrü ilə bağlı prioritetləri, iqtisadi, siyasi reallıqlar və gündəmdə olan vacib məsələlər müzakirə edilib. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar xüsusilə qeyd edilib. Ötən il ölkəmizin həyatında çox əlamətdar bir il olub. Əsas məqsəd keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start verilməsi idi. Həmçinin beynəlxalq müstəvidə yeni reallıqların qəbul edilməsi baxımından da mühüm uğurlarla xarakterizə edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat Azərbaycanın ərazi bütövlüyünün tanıması istiqamətində beynəlxalq birliyin sərgilədiyi mövqeyə diqqət çəkib:

“Bu mənada postmünaqişə dövrünün birinci ilinin nəticələri uğurlu olub. Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edirilib. Dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqlarla bağlı Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edilib. BMT xətti ilə Şuşa şəhərində mühüm beynəlxalq tədbir keçirilib. Düyanın aparıcı təşkilatı olan BMT-nin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək xüsusi önəm kəsb edir.

Şübhəsiz ki, bu, Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirən əsaslardandır. Eyni zamanda BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi, hətta bütün üzvlərin razılığı ilə sədrliyin bir il uzadılması bu təşkilatla ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə qurulduğunun bariz örnəyidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirib. Birmənalı olaraq Qoşulmama Hərəkatı müharibədən əvvəl və sonra Azərbaycanla həmrəylik nümayiş etdirib. Bütün bunlar ölkəmizin beynəlxalq siyasi arenada artan nüfuzunun təzahürüdür”.

Millət vəkili İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini söyləyib: “İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul edib. Həmçinin, təşkilat tərəfindən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edilmiş və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər edib.

Sözsüz ki, bu xüsusda ATƏT-in yeni reallıqları qəbul etməsi, Minsk qrupunun 28 ildə fəaliyyətsizliyi, nəticədə ona verilən mandatın de-yure qüvvədə olsa da, de-fakto etibarsız sayıldığı unudulmamlıdır. İşğal dövründə Minsk qrupu istəsəydi keçmiş münaqişənin həlli istiqamətində ciddi addımlar ata bilərdi. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər edib.

Lakin heç bir nəticəyə nail olunmayıb. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Başlıca səbəb Azərbaycana qarşı ikili standartlar siyasətinin həyata keçirilməsi idi. Azərbaycan əbədi-əzəli torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüququ və ədaləti bərpa etmiş oldu”.

Tamam Cəfərova Azərbaycanla Avropa İttifaqı arasında intensiv münasibətlərin qurulduğunu vurğulayıb:

“Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter allb. Bu təşkilat artıq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə məhz bu məsələlər müzakirə edilib.

Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının başlanması prosesində və münasibətlərin normallaşması ilə əlaqədar Aİ-nın həyata keçirdiyi funksiya ölkəmiz üçün olduqca önəmlidir. Hər şeydən öncə Brüssel sülh gündəliyi Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında formalaşdırılıb. Bu baxımdan beynəlxalq siyasi arenada əldə olunmuş uğurlar Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru, dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir”.


Müəllif: Tapdıq Qurbanlı