20 Sentyabr 2022 13:42
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə və bu ölkədə bütün tədbirlərimizə ermənilərin ilk hücumu deyil. Artıq biz Fransada ermənilərin hücumlarına öyrəşmişik. İllərdir bizim Fransadakı bütün tədbirlərimizə hücum edirlər. Ona görə də, çox vaxt biz burada hansısa bir tədbir təşkil etdikdə onu sosial şəbəkələrdə paylaşmırıq ki, ermənilər gəlib təxribat törətməsin. Xocalı soyqırımı ilə bağlı tədbirlərin də məlumatlarını biz daha çox gizli saxlayırıq.

Bunu Teleqraf.com-a Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova deyib.

Onun sözlərinə görə, tədbirlərə hücum edən ermənilər eyni şəxslərdir.

Aytən Muradova qeyd edib ki, özünü “Döyüşçü Erməni Gənclərinin Assosiasiyası” adlandıran radikal təşkilat olan (FRA Nor Seround) sosial şəbəkələrdə Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı video yayıb: “Bu, erməni gənclərdən ibarət yaradılmış bir assosiasiyadır. 20-25 yaşlarında olan gənc, amma həyasız erməni qızlar bizim bütün tədbirlərdə təxribat törədirlər.

Səsgücləndiricilərlə gəlib bizim tədbirlərin gedişini pozmağa çalışırlar. Gəlib qışqır-bağır salırlar. Özüm neçə dəfə onlarla dalaşmışam. Demək olar bütün tədbilərdə biz bu hallarla qarşılaşırıq. Səfirliyə də məhz bu qruplar hücum edib. Sadəcə bazar günü səfirlikdə heç kəs olmayıb. Təhlükəsizlik əməkdaşı ermənilərin qapını sındırmasına maneə olub. Amma sosial şəbəkələrdə ermənilərdən biri yazmışdı ki, “Allahınıza şükür edin ki, məni səfirliyinizi yandırmağa qoymadılar”.

Aytən Muradova Fransa hüquq-mühafizə orqanlarının məsələyə yanaşmasına da aydınlıq gətirib: “Biz Fransa polisinə müraciət edəndən iki saat sonra hadisə yerinə gəlib çıxırlar. Bir neçə il öncə Xocalı ilə bağlı tədbiri kilsədə təşkil etmişdik. Həmin vaxt da ermənilər gəlib qışqıq-bağır saldı, tədbirin mahiyyətini pozmağa çalışdılar. Yaxşı ki, türklər orada idi, bizə kömək etdilər. Fransa polisi isə gəlib erməniləri qorudu. Elə problem də bundadır. Fakt odur ki, Fransa polisi erməniləri açıq şəkildə qoruyur. Ona görə də, ermənilər burada bizə və türklərə qarşı bu cür aqressiv davranış sərgiləyir. Burada həmçinin informasiya siyasəti də başqa cür qurulub. Biz bütün məlumatları göndərsək də türklərdən başqa kimsə bizi çap etmir, məlumatlarımızı yaymırlar. Ermənilər isə burada bütün sahələrdə kök salıb. Onlar press-bürolarla işlərini elə qurublar ki, daha çox öz xəbərlərini tirajlayırlar. Ona görə də, bu istiqamətdə biz tədəfdən də təsirli işlər aparılmalıdır ki, həqiqətləri daha çox çatdıra bilək”.


Müəllif: Tapdıq Qurbanlı