24 Yanvar 2023 21:08
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclası çərçivəsində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində yazıb.

“İƏT Nazirlər Şurasının 26-cı iclası çərçivəsində AQEM-nin Baş katibi Kayrat Sarıbay ilə görüşməkdən məmnunam”, - C. Bayramov qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və AQEM arasında əlaqələrin, o cümlədən də nəqliyyat və rabitə sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Həmçinin, son regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb


Müəllif: Teleqraf.com