9 Mart 2023 13:25
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qarabağ ətrafında baş verən proseslərə yanaşmanın iki izahı var. Burada Rusiya və Qərb Qarabağ məsələsində qərəzli mövqe tutur. Bununla da həqiqəti qəbul etmək istəmədiklərini göstərirlər. Digər bir yanaşma Azərbaycanın qanunauyğun hərəkətlərinə olan münasibətdən qaynaqlanır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı bir dinamika var:

"Hər iki tərəf arasında qarşılıqlı yazışmalar davam edir. Bu o deməkdir ki, proses gedir. Əslində bu, məsələlərin dayanmadığını göstərir. Çünki bu məsələdə proses iki cür cərəyan edə bilər. Bu isə toqquşma və dialoq müstəvisidir. Hazırkı mərhələdə isə tərəflər yazışmalarla öz mövqelərini ortaya qoyur".

Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında hazırkı mərhələdə olan qarşılıqlı dialoq yaxşı əlamətdir:

"Bu, üstün bir yanaşmadır. Ümid edirik ki, bu yazışmaların nəticəsində əvvəl-axır ortaq məxrəcə gəlinəcək. Bununla da konkret olaraq sülh, barış əldə olunacaq. Bundan başqa çıxış yolu yoxdur. Əbədi mübahisə, döyüş, qırğın olmur. Həmişə hansısa bir müharibənin sonu sülhlə, barışla bitir. Sözsüz ki, bu bölgədə barışın olmasını istəməyən qüvvələr çoxdür. Onlar güclüdürlər, təsir imkanları genişdir. Amma hər iki xalqa, Azərbaycan və Ermənistana sülh lazımdır. Nəticədə inkişafa nail olmaqla, kənar təsirlərdən xilas olmaq mümkündür"


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər