16 İyun 2023 12:03
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan isə orada Azərbaycan bayrağının dalğalandırılmasının əsassız olduğunu iddia edir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb.

O xatırladıb ki, Azərbaycan öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb. Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb.


Müəllif: Teleqraf.com