İsrail Fələstinin Həmas hərəkatı ilə atəşkəsin uzadılması ehtimalını qəbul edir.
Teleqraf.com BFMTV nəşrinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Rafael Rafovitz bildirib.
“Belə bir ehtimal var. Söhbət girovların qaytarılması müqabilində atəşkəsin uzadılmasından gedir”-, deyə sözçü qeyd edib.
Məlumat üçün bildirək ki, noyabrın 22-də İsrail və HƏMAS Fələstin hərəkatının dörd günlük atəşkəs müqabilində 50 qadın və uşaq girovu azad edəcəyi barədə razılığa gəlib.