18 Yanvar 09:31
9 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində İrəvan şəhərinin Ararat Respublikasına-Ermənistana verilməsi barədə söylədikləri gerçək tarixdir. Azərbaycanın qədim şəhəri İrəvanın verilməsinə dair dövlət başçısının söylədikləri tarixi sənədlərə əsaslanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, şəhərin verilməsinə dair Milli Şuranın iclasının sənədləri var: “Nikol Paşinyan belə bir iddia irəli sürməmişdən əvvəl həmin sənədi erməni Milli Şurasının İrəvanın paytaxt kimi verilməsindən ötrü Azərbaycan Milli Şurasına müraciətini oxumalı idi”.

Professor bildirib ki, bunun da sənədləri var: “Erməni Milli Şurası müraciət edib, həmin müraciətin müzakirəsi keçirilib və qərar qəbul edilib. Tarixi həqiqətlərin söylənilməsi sülh prosesinə mane olmamalıdır. Əksinə gerçəkliklər vəziyyətin necə olduğunu üzə çıxarmağa kömək edir”.

Musa Qasımlı hesab edir ki, Paşinyanın söylədiklərinin heç bir əsası yoxdur: “Çünki Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, bizim Ermənistana ərazi iddialarımız yoxdur. Tezliklə sülh müqaviləsinin bağlanmasını, kommunikasiyaların açılmasını istəyirik. Paşinyanın məsələni belə qoyması, səhv yanaşması və yanlış nəticələr çıxarması bir daha onu göstərir ki, Ermənistan sülh prosesini uzadıb hansısa əlverişli şəraitin yaranacağını gözləyir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər