27 Fevral 20:36
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan soyqırımı qurbanlarını Xocalı sakinləri ilə birlikdə azad Xocalıda yad etməsi hər bir azərbaycanlı üçün sonsuz qürur və fəxarət mənbəyi oldu. Xüsusilə, belə bir qanlı tarixi günün ildönümündə Xocalı Soyqırımı Memorial abidəsinin təməlinin qoyulması dövlət başçisi tərəfindən soyqırım qurbanlarının xatirəsinə ən ali ehtiramın təzahürüdür. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu şəraitdə yad edildi. Ötən ilin sentyabrın 19-da 23 saat davam edən lokal antiterror tədbiləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Azərbaycan Vətən müharibəsində qazandığı qələbə və daha sonra həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təkbaşına beynəlxalq hüququ və ədaləti bərpa edib. Xocalınının qısası alınıb. Bu il soyqırımı qurbanlarının əziz xatirəsi dövlətimizin başçının və xocalılıların iştirakı ilə düşməndən, separatizmdən azad olan Xocalıda yad edildi. Bu, hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı üzvü Tamam Cəfərova deyib.

“Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində, yaddaşında elə bir yaradır ki, əsrlər keçsə də sağalmayacaq, hər zaman xatırlanacaq. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını alması, dövlət suverenlyimizin bərpa olunması Azərbaycan xalqının Xocalı yarasına az da olsa məlhəm ola bildi. Artıq, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır” – deyə o qeyd edib.

Millət vəkili Xocalı Soyqırımı Memorial abidəsinin təməlqoyma mərasimində ölkə başçısının vermiş olduğu mesajların tarixi əhəmiyyətinətoxunub: “Bu bir daha cənab Prezidentin nəyi, nə vaxt edəcəyini çox gözəl bilir” prinsipinin əyani təzühürü idi. Memorial Kompleksin tikintisi ilə bağlı hər il müəyyən tərəddüdlər keçirdiyini, layihəni təxirə saldığını” deyən dövlət Başçısı Azərbaycan xalqının Xocalıya qayıdacağına hər zaman inandığını bildirib. Şübhəsiz ki, bu inamın, siyasi iradənin və xalqın dəmir yumruq kimi dövlət Başçısının ətrafında birləşməsinin nəticəsində bugünkü sevinc və qürur hissi yaşanır. Suveren ərazilərimizin hər bir guşəsində, Qarabağ və Şərqi Zəngəzurda ardıcıl, sürətli bərpa-quruculuq işləri gedir. Xalqımız Qarabağın, Şərqi Zəngəzurun əsl sahibləri, bu torpağı yenidən canlandırır. Otuz ilə yaxın erməni faşizmindən, vandalizmindən əziyyət çəkən torpaqlarımıza yenidən həyat qayıdır”.

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin çıxışında da dediyi kimi “Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək: “Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq”. Xatırladaq ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bu, insanlıq əleyhinə faciədir. Təəssüf ki, Azərbaycan xalqının “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı. Beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına layiqli hüquqi qiymət vermədi. Azərbaycan dövlətinin səyləri nəticəsində dünyanın 18 ölkəsi bu faciəni soyqırım kimi tanıyıb. Lakin, onların içərisində böyük dövlətlər yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb. Ölkə başçısı da qeyd edib ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqına və dövlətinə qarşı davam edən ikilistandartlar xalqımızın “Xocalıya ədalət!” çağırışına münasibətdə də özünü on illərlə göstərdi”.

Tamam Cəfərova hesab edir ki, Azərbaycan xalqının ədalət çağırışı tam haqlı idi: “Nəticədə də Azərbaycan bu ədaləti döyüş meydanında meydanında təmin etdi. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addım atıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa olundu. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı, onların qanı yerdə qalmadı. Doğrudur, bunun üçün 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində Azərbaycan dövlətinin gördüyü işlər, məqsədyönlü siyasət zəfərə gedən yolu açmağa xidmət etdi. Nəticədə də, Azərbaycan bütün dünyanın heyranlıqla və bir çoxlarının qısqanclıqla izlədiyi misli görünməmiş Qələbə qazandı.

Bir daha Xocalı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər