20 Mart 13:55
3 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın təklif etdiyi variantların qəbuledilməz olduğuna dair sübutlar var.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın İrəvandakı səfiri Con Qallaher Ermənistan-Azərbaycan sülh danışıqlarını şərh edərkən deyib.

“Belə variantlara baxmayaraq, sülh prosesi gedir. Böyük Britaniya hər iki ölkəyə dəstək verməyə hazırdır ki, konstruktiv şəkildə hər iki tərəf üçün məqbul həll tapsınlar”, - səfir bildirib.

Onun sözlərinə görə, hələlik sülhün bərqərar olması prosesi gedir.

“Tərəflər arasında dialoqu dəstəkləmək və möhkəm həlli təmin etmək lazımdır. Hansı platformanın daha effektli olması ilə bağlı suallar ola bilər, amma buna tərəflər qərar verməlidir. Qərb, o cümlədən ABŞ-nin iştirakı kifayət qədər aktivdir”, - Qallaher vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu