7 İyun 2021 09:49
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il pandemiya ilə əlaqədar orta və ali təhsil müəssisələrində məzun günü keçirilmədi.

Maraqlıdır, 2021-ci ildə bununla bağlı qərar varmı? Orta məktəblərdə "Son zəng" keçiriləcəkmi? Keçiriləcəksə, hansı şərtlərlə baş tutacaq?

Teleqraf.com xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov suala aydınlıq gətirib.

Nazirlik rəsmisi bildirib ki, qarşıdakı həftə son zənglə bağlı qərar qəbul ediləcək.

Cəsarət Valehov daha bir məsələyə aydınlıq gətirib. O bildirib ki, müəllimlərin işə qəbulu imtahanında COVID pasportu tələb olunmayacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər