22 Aprel 2014 13:19
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.


AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

SEVİNC


Müəllif: