24 Avqust 2016 17:13
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmənin hansı qidadan baş verdiyi araşdırılır. Nəticələr yaxın bir-iki günə bilinəcək".

Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, zərərçəkən insanlardan, eləcə də toyda istifadə olunan qidalardan müayinə üçün nümunələr götürülüb.

İmran Abdullayev onu da bildirib ki, şirələrdən kütləvi halda zəhərlənmənin baş verməsi inandırıcı deyil: "Şirələr mədə-bağırsaq sistemində problemi olan insana mənfi təsi edə bilər. Kütləvi halda zəhərlənmənin isə toyda istifadə olunuş ət yeməklərindən baş verdiyi ehtimal olunur. Toyda bozartma, lülə-tikə kababadan istifadə olunub. Bozartma qaynar halda süfrəyə verilməlidir. Saxlayıb soyutduqda isə zəhərlənməyə yol aça bilər. Lülə kababın bişirilməsində farşdan istifadə olunduğu üçün daha diqqətli olmaq lazımdır. Çünki farş halda ət yarım saata xarab ola bilər".

İmran Abdullayev deyib ki, hava isti olduğu üçün ət bişirilməzdən əvvəl də xarab ola bilər: "Bişirilmiş əti 6 dərərcədən aşağı və ya 65 dərəcədən yuxarı temperaturda saxlamaq lazımdır. Digər hallarda həmin qidada mikroblar yaranır".


Müəllif:

Oxşar xəbərlər