5 Sentyabr 2016 17:51
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avqust ayında Səhiyyə Nazirliyinin toksikologiya şöbəsinə ilansancma ilə baǧlı 14 müraciət daxil olub”.

Bunu Teleqraf.com-açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Şöbə müdirinin sözlərinə görə, müraciət edən 14 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib: “Avqust ayında 11 nəfər dərmanların əks təsirinə, allergik reaksiyasına məruz qalıb. Dərman zəhərlənmələri əsasən antibiotiklərdən istifadə nəticəsində baş verib. Bundan əlavə, 16 nəfər spirtli içki sərxoşluğu ilə bağlı şöbəyə müraciət edib”.

Azər Maqsudov bildirib ki, ötən ay şöbəyə 3 nəfər qaraqurd dişləməsi, 5 nəfər əqrəbsancma ilə baǧlı müraciət edib: “Daxil olan ilansancma müraciətləri arasında ölüm halı baş verməyib. İlansancma Bakıətrafı kəndlərdə, Şamaxı, Ağsu, Yevlax, Şəmkir və Qəbələdə alınıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər