15 Sentyabr 2016 15:33
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində 11 mindən çox uşaq Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına müraciət edib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 1455 nəfər stasionar müalicəyə qəbul edilib.

Onlardan 416 nəfər Ümumi şöbəyə, 262 nəfər Diaqnostika şöbəsinə, 255 nəfər Yenidoğulmuşların patologiyası şöbəsinə, 250 nəfər Uşaq serebral iflici şöbəsinə, 103 nəfər Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95 nəfər Reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

Zəruri müalicə aldıqdan sonra 1381 xəstə evə buraxılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: