10:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallagerin Azərbaycana üç günlük səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, səfərin əsas məqsədi paytaxt Bakıda II İohann Pavelə həsr olunmuş yeni kilsənin təməlinin qoyulması olub.

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan proqrama əsasən, arxiyepiskop Qallager bu gün yerli dini icmaların nümayəndələri ilə görüşəcək və Meryem Merkezi təhsil mərkəzinə baş çəkəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər