29 Noyabr 2016 13:49
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin iclasında deyib.

“Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir”, - deputat bildirib.

Zahid Oruc deyib ki, Azərbaycan Xocalı qətliamını tərədən erməniləri bağışlamayacaq: “Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanmayacaq”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər