24 Yanvar 2017 18:12
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin dəmir yolu vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C. Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumat görə, bununla əlaqədar müntəzəm sərnişindaşıma ilə məşğul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.

Müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər