Byanka Van Varenberq son aylarda ictimaiyyəti təəccübləndirməyə davam edir. o, istər mətbuata verdiyi açıqlamalar, istərsə də İnstaqramda paylaşdığı fotolarla getdikcə özünə qarşı daha çox maraq yaradır. 26 yaşlı Byanka kinoaktyor və döyüş sənəti ustası Jan-Klod Van Dammla eks kultrist Qledis Portuqezin qızıdır.
Teleqraf.com bildirir ki, 2012-cu ildə atası ilə birgə film təqdimatına qatılan qızcığaz sonralar gözdən itmişdi. Lakin son illərdə gənc və gözəl qızın İnstaqramdakı paylaşımları diqqətdən kənarda qala bilməzdi. Artıq aktrisa, ssenarist və prodüser kimi özünü sınayan qızcığaz son fotosessiyalarında bir qadın olaraq öz nəcibliyini və gözəlliyini nümayiş etdirməyə çalışır.
Uşaq vaxtı kankisürmə ilə məşğul olan Byanka ciddi zədə aldıqdan sonra Olimpiya oyunları haqqında arzuları puç olur və bu idmandan ayrılır. O zamanlar döyüş sənətini sevmədiyini etiraf edən Byanka hazırda atasının döyüş fəndlərini ciddi-cəhdlə öyrənməklə məşğuldur. Eyni zamanda atasının yolunu davam etdirərək kino sahəsində bəzi uğurlara imza atıb. Byankanın debütü 2008-ci ildə Vandamın “Xüsusi tapşırıq” filmindəki Kessi Rabido adlı rolu olub. Bununla da O, Van Dammın 6 filmində rol alıb, hətta bəzi filmlərdə özünü prodüser kimi də sınayıb.
Bir neçə il öncə mətbuata açıqlama verən gənc aktrisa bildirmişdi ki, atasının kölgəsi olmaq istəmir: "Mən hər şeyi asan yolla əldə etməkdənsə, çətinliklərdən keçməyi üstün tuturam. Hazırda bunu sınaqdan keçirirəm".
Digər bir müsahibəsində isə “Mənimlə ünsiyyətdə olan adamlar tez- tez atamı necə sevdiklərini dilə gətirilər. Bunu eşitmək çox yaxşıdı, amma bundan mənə nə? ” – deyə, bir məşhur qızı olaraq Byanka öz narahatlığını da gizlətməyib.
Valideynlərindən ona qalan yalnız gözəllik və məşhurluq deyil. Həmçinin o, qeyri-adi elastiklik qabiliyyətinə malik biridi. O, sübut etməyə çalışır ki, qadın zərif olduğu qədər də güclü əzələlərə malik ola bilər: “Mən balaca qızlara göstərmək istəyirəm ki, eyni anda həm güclü əzələli, həm də zərif qadın olmaq olar. Siz nahar süfrəsi arxasında ayağınığı ayağınız üstə qoyub əyləşə bilərsiz. Eyni zamanda bir qadın kimi sizin xətrinizə dəyəni də yaxşıca əzişdirə bilərsiz. Atamın sayəsində döyüş sənəti mənim həmyaşıdlarım arasında böyük marağa səbəb oldu. Mən də atamın bu işini davam etdirmək istəyirəm”.
Qeyd edək ki, yeniyetməlik illərində atası ilə münasibətlərinin çox gərgin olduğunu etiraf edən Byanka bunun artıq keçmişdə qaldığını bildirib. İndi onların münasibətləri ideal sayılacaq həddədir. Ata və qız həm idman zalında birgə məşq edirlər, həm də boş vaxtlarını birgə keçirirlər.