Xətai rayonundakı Yusif Səfərov küçəsində yenidənqurma işləri Şah İsmayıl Xətainin heykəlinin taleyini sual alıtında qoyub.
Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, bu küçənin 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqaməti üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.
Beləliklə, genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Yol ayrıcında isə Şah İsmayıl Xətai parkı yerləşir.
"Azəravtoyol"un verdiyi məlumata görə, park ləvğ olunacaq. Parkın ərazisindəki fontan artıq sökülüb. Lakin parkdakı Şah İsmayıl Xətai heykəlinin aqibəti hələ məlum deyil. Heykəl hazırda yerindədi və onun orda qalıb qalmamağı və ya digər bir yerə köçürüləcəyinə Bakı şəhəri İcra Hakimiyyəti qərar verəcək.
Bakı şəhəri İcra Hakimiyyətinə vurulan zənglər cavabsız qalıb.