29 Mart 2017 16:45
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Yenisi alınmasa belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".

Baş direktor qeyd edib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".


Müəllif:

Oxşar xəbərlər