14 Aprel 2017 15:39
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bu qanuna səs verəcəyəm. Hamımız bu cəmiyyətdə yaşayırıq və görürük ki, hansı yerlərdə siqaret çəkilişinə qadağa qoyulub. Bu əsasən, otellər, restoronlar və hava limanıdır. Dubay hava limanında görməmişəm ki, siqaret çəkmək üçün yer olsun”.

Teleqraf.com xəbər verir ki, bunu “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat İlham Əliyev deyib.

Deputat daha sonra bunları deyib: "Səhiyyə obyektində qapalı yer qura bilmərik ki, kimsə gəlib orada siqaret çəksin. Bu düzgün də olmazdı: Mən deputat seçilməzdən əvvəl Prezident Administrasiyasında fəaliyyət göstərmişəm. Orada 10 ildən çoxdur ki, siqaret çəkilməsinə qadağa qoyulub. Əlbəttə, kimsə öz otağında gizli çəkə bilər. Amma gözləmə zalında, yeməkxanada bu, qadağan edilib. Bəzən Milli Məclisin foyesinə çıxanda görürük ki, tanımadığımız şəxslər əyləşib siqaret çəkirlər. Bəlkə onlar jurnalistlər, operatorlar, texniki işçilər, sürücülər, deputat köməkçiləridir. Mən təklif edirəm ki, buna qadağa qoyaq”.

Cavad


Müəllif:

Oxşar xəbərlər