23 Aprel 2014 20:44
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda sürüşmə aktivləşib.

Teleqraf.com Kanal S-ə istinadən məlumat verir ki, bu dəfə torpaq sürüşməsi rayonun Əngixara kəndi ərazisində qeydə alnıb. Hadisə nəticəsində hektarlarla ərazidə relyef dəyişikliyi baş verib. Əsas səbəb son günlər müşahidə olunan intensiv yağışlar və qrunt sularının bu əraziyə axıdılmasıdır.

Kəndlilərin pay torpaqlarında qeydə alınan bu hadisə ərazini əkin-biçin üçün yarasız edib. Əvvəllər bu ərazilərdə üzüm bağları yerləşirdi. Bəlkə də elə bu səbəbdən sürüşmələr nadir hallarda baş verirdi. Hazırda burada nə üzümlük, nə də ağac var. Elə buna görə də hər il yaz aylarında sürüşmə təbii olaraq aktivləşir.

Sonuncu sürüşmə təqribən 2 ha ərazini əhatə edib. Ümumilikdə isə sürüşmənin miqyası 6 hektardan çoxdur. Yaxınlıqda yaşayan sakinlər təlaş içindədirlər. Onlar evlərə, tikililərə ziyan dəyə biləcəyindən narahatdırlar. Bu səbəbdən ətrafda aparılan tikinti işləri dayandırılıb. Çünki bu halın təkrarlanmayacağına kimsə zəmanət vermir.

Məsələ aidiyyəti qurumları da hərəkətə keçməyə vadar edib. Artıq Rayon İcra Hakimiyyəti problemin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.


Müəllif: