25 Aprel 2017 20:13
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlimə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti bu il aprelin 25-də Bakı şəhəri, Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz City” otelində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanılıb.

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər