10 May 2017 19:12
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stalinlə bağlı çox sayda tarixi lətifələr var. Bunların həqiqət olub-olmadığı bilinmir.

Teleqraf.com Rusiya mediasına istinadla onlardan 6 ən maraqlısını təqdim edir:

1. Yəhudi əsgərlərdən biri Matrosovun qəhrəmanlığını təkrarlayıb - pulemyotunu hərbi sırıqlı ilə bağlayıb. Bu zaman silah səsini kəsib, özü isə sağ qalıb.

Əsgərə Qəhrəman statusu verirlər.

Stalin soruşur:

- Niyə sağsan?

Ona sırıqlı haqqında danışırlar. O, əsgərin adını siyahıdan çıxarır:

- Qoy bundan belə bədəni ilə bağlasın!

2. Bir dəfə Stalinə məruzə edirlər ki, marşalı Rokossovskinin məşuqəsi peyda olub. O, tanınmış aktrisa Valentina Serovadır. Stalindən onlarla bağlı nə edilməsini soruşurlar. O fikirləşir və deyir:

- Nə edəcəyik, nə edəcəyik... Qibtə edəcəyik!

3. Müharibə vaxtı Stalin Baybakova yeni neft yataqlarının açılmasını əmr edir. Baybakov isə bunun mümkün olmayacağını deyir. Stalin cavab verir: "Neft olsa, Baybakov da olacaq. Neft olmasa, Baybakov da olmayacaq". Tezliklə Tatarıstan və Başkirdə yeni neft yataqları istismara verilir.

4. Hökumət nümayəndələrindən ibarət komissiya "İnqilab meydanı" metro stansiyasının açılışında iştirak edir. Hökumət nümayəndəsi işlərlə bağlı fikrini söyləyir: "Bütün heykəllər ya oturub, ya da diz çöküb. Sovet adamı ayaq üstə dayanmalıdır". Heykəltaraşlar və memarlar bu cavabdan narahat olurlar. Bir müddət sonra Stalin stansiyaya baş çəkir. Onun kefi saz olur və heykəllərə baxıb deyir: "Canlı kimidirlər".

5. "Pobeda" avtomobilinin hazırlanması zamanı onun adının "Vətən" olmasını təklif ediblər. Bu fikri eşidən Stalin deyir: "Yaxşı, bəs "Vətən"i neçəyə alacağıq?.." Avtomobilin adı dərhal dəyişdirilir.

6. Mao Tszedun Stalinlə görüşündə 20 milyon çinlinin Yaxın Şərqə yerləşdirilməsi ilə bağlı razılıq əldə etmək istəyir. Stalin cavab verir: "Mənə öz 200 milyonum bəsdi".

Samir


Müəllif:

Oxşar xəbərlər