22 May 2017 14:09
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan Rusiya Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində baş tutub.

Diplomatlar əvvəlcə kameralar qarşısında əl sıxıb. Daha sonra görüş Medvedyevin təklifi ilə bağlı qapılar arxasında keçirilib.

Görüşdə Rusiyanın Energetika naziri Aleksandr Novak və baş nazirin müavini Arkadi Dvorkoviç iştirak edib.


Müəllif: Samir

Oxşar xəbərlər