23 May 2017 17:22
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün Olimpiya Oyunlarına 2020-ci ildən sonra sifariş veriləcək. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin bəzi tələblərini yerinə yetirməlidir: "Məsələn, su idman növləri üzrə yarışlara baxmaq üçün 6 min oturacaq var. Amma tələbə əsasən, 18 min tamaşaçı yerləşdirilməlidir. Bu, ağır tələblərdir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq. Olimpiya Komitəsi tələbləri yumşaldarsa, bu məsələyə qayıdarıq”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin.


Müəllif: Nərgiz

Oxşar xəbərlər