26 May 2017 00:04
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - nüfuzlu və güclü bir insana müqavimət göstərməyə çalışmayın: öz maraqlarınızı müdafiə edərkən həm vaxtınızı, həm də gücünüzü itirəcəksiniz. Üstəlik, bu gün ekstravaqant hərəkətlərə də yol verməyin. Gözə girməmək çətindir, amma kölgədə qalmağa çalışın.

Buğa - bu gün bir neçə şəxsin iştirakı nəzərdə tutulan müştərək bir işdə böyük uğur qazana bilərsiniz. Nəinki özünüzə tərəfdaş və həmfikir tapacaq, üstəlik, onları elə maraqlandıracaqsınız ki, onlar sizə tamamilə təmənnasız kömək etməyə başlayacaqlar. Bəzi Buğalar isə bunun üçün cazibələrini işə salmalı olacaqlar.

Əkizlər - vaxtınızı gözəl keçirmək istəyirsiniz və buna nail olacaqsınız. Qoy kimlərinsə planlarını pozmağınız sizi utandırmasın, nəhayətdə "zərərdidələr" boyunlarına alacaqlar ki, o qədər də böyük ziyan çəkməyiblər. Bu gün hədiyyə ala bilərsiniz.

Xərçəng - "nahamar" gündür. Sizə bir yaxşı məsləhət: səhər tezdən oyanmayın, nə qədər gec dursanız, bir elə yaxşıdır. Yarımçıq yuxu emosional vəziyyətinizə ciddi təsir göstərəcək. Hər şeyə qıcıqlanacaq və əsəbləşəcəksiniz, az qala ətrafınıza od səpələyirsiniz.

Şir - aktiv olsanız zaman daha yaxşı keçəcək. Siz vacib informasiya alacaq və dərhal ondan istifadə etməyə çalışacaqsınız. Axı həm özünüzün, həm yaxınlarınızın həyatını asanlaşdırmaq, gözəlləşdirmək istəyirsiniz.

Qız - qarşılıqlı incikliklər üst-üstə yığılır və axşama doğru bunların sayı əməlli-başlı artır. Vacib qərarlar verməyə tələsməyin, xüsusilə də əgər bunlar daşınmaz əmlak və pullarla bağlıdırsa.

Tərəzi - ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz, üstəlik, fikir ayrılıqları da getdikcə ciddiləşir. Güzəştə getməyə hazırsınız, amma təəssüf ki, bu güzəştlər sizdən gözlənilənlər deyil.

Əqrəb - günün əvvəlində gözəl imkanlarınız ola bilər. Bunları əldən buraxmamağa çalışın. Sübh çağından günortaya qədər məhsuldar işləyə, peşəkar və şəxsi problemlərinizi uğurla həll edə bilərsiniz. Bu müddətdə alış-veriş etmək də məsləhətdir.

Oxatan - nəzərə alın ki, bu gün çox enerji sərf edirsiniz. Əslində, ətrafınızdakıları da dəstəkləmək lazım olur, amma narahat olmayın, enerjiniz hamıya çatar.

Oğlaq - günün çox hissəsinin mənfi tendensiyaların təsiri altında keçməsi mümkündür. O, lap da korlana bilər, amma əlbəttə ki, siz buna imkan verməzsiniz.

Dolça - nə isə bir işin qulpundan yapışmaq üçün enerji çatışmır. Hərəkət yoxdursa, nəticə də yoxdur: əhvallar korlanır. Əgər bütün bunlardan yaxa qurtarmaq istəyirsinizsə, özünüzü maraqlı bir işə həvəsləndirin.

Balıqlar - günün emosional fonu elə də yaxşı deyil, bunu hətta ən soyuqqanlı insanlar da hiss edəcəklər. Bir müddət əvvəl vacib, maraqlı görünən, bütün vaxtınızı alsa da, sizi hzəvəsləndirən işlərə maraq azalır. Aktivlik səngiyir, tənbəllik çoxalır.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər