5 İyul 2017 13:26
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Bahçeşehir Universitetinin birincisi, “Qızıl beyin” mükafatı laureatı Günel Musayeva və Universitet üçüncüsü Xeyrənsə Musayevanın iştirakı ilə “Türkiyədə təhsil alan bacıların uğuru” mövzusunda mətbuat konfransı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirin təşkilatçısı Bahçeşehir Universitetinin Bakı nümayəndəliyidir.

Tədbirdə Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın, iqtisadi idarəetmə və sosial biliklər fakültəsinin dekanı Necib Çakır və beynəlxalq ofis direktoru Erbay Şirinin də iştirakı gözlənilir.

Günel və Xeyrənsə bacılarının uğurlarının sirri və Türkiyədəki təhsillə bağlı suallara aydınlıq gətiriləcək.

Mətbuat konfransı iyulun 7-si, saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.


Müəllif: Cavad