10 İyul 2017 10:27
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qulluğuna qəbul sahəsində aparılan dəyişikliklərin əsas məqsədi hər kəsə dövlət qulluğunda karyera qurmaq imkanı yaratmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.

DİM-in sədri bildirib ki, dövlət qulluğunda ən mühüm qərar iki qurumun bir qurumla əvəz edilməsi və dövlət qulluğuna qəbula dair qanunvericilikdə dəyişiklikdir: “Dövlət qulluğuna qəbulda həm hüquqi, həm də texnoloji nöqteyi-nəzərdən baş verəcək dəyişikliklər müəyyən edilib. Bu proses çox çevik formada həyata keçirilməlidir.

Hər bir insana öz karyerasını dövlət qulluğunda qura bilmək imkanı verilməlidir. Əvvəllər bizdə yalnız hüquqşünas ailəsində dünyaya gələnlərin hüquqşünas olması halları olub. İlk baxışda bu varislik yaxşıdır. Lakin hər bir gəncə bilik və bacarığına uyğun sosial lift yaratmaq bizim borcumuzdur. Bu proses uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və Dövlət Qulluğuna qəbul Komissiyasında yaradılıb".

Məleykə Abbaszadə qeyd edib ki, yeni yaradılan Dövlət İmtahan Mərkəzi bu fəaliyyəti vahid məcrada birləşdirir:"Bu gün keçirilən konfransın məqsədi yeni təklifləri dinləməkdir”.


Müəllif: İlhamə Əbülfət