Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Cəsarət Valehovun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir: "Köçürülmədə tələbənin nə qədər akademik borcu olması rol oynamır. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər".
Nazirlik rəsmisi qeyd edib ki, ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilər: "Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər".