14 İyul 2017 13:20
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin bir qrup zabit heyətinin ölkəmizə səfəri başa çatıb.

Teleqraf.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.

Hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama əsasən Bakıda səfərdə olan qonaqlar ümummilli liderimiz Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Xalçaçılıq muzeyinə baş çəkərək burada toplanan zəngin sənət nümunələri ilə tanış olublar.

Qonaqlar xalqımızın zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər paytaxtımızda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, ölkəmizə təşkil olunan ongünlük səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə dönüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər