Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hələ 3 ay əvvəldən sürücülərə avtomobillərini texniki baxışdan keçirmələrinə dair xəbərdarlıq edilmişdi. Amma görünən odur ki, buna məhəl qoymayan sürücülər hələ də var. Dövlət Yol Polis İdarəsinin ''Saray'' postunda keçirilən reyd bunu deməyə əsas verir.
Qeyd edək ki, xarici ölkə istehsalı olan minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Hətta bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə sürücülərə xəbərdarlıq da edib.
Bir saat ərzində postda təxminən 10-a yaxın belə sürücü aşkar edildi. Onların əksəriyyəti texniki baxışın bitmə tarixindən xəbərsiz olduqlarını bəhanə gətirdilər. Amma bu, onları məsuliyyətdən azad etmədi.
Qeyd edək ki, bu gündən etibarən texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaqlar.