Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.