3 Avqust 2017 11:55
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər