Bakı Telefon Rabitəsi MMC pulsuz Vay-Fay xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.
Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Vay-Fay” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.
Yaxın zamanlarda pulsuz Vay-Fay "Dədə Qoqrud" parkında da işə salınacaq.