Elon Musk Silikon Vadisinin ən iddialı sahibkarlarından biridir. Son illərdə onun “Tesla” və “SpaceX” şirkətlərindıki səhmləri kəllə-çarxa çıxıb. Hazırda o, ümumilikdə nəqliyyat sahəsini dəyişdirmək niyyətindədir. Elon Muskın var-dövləti, 16.6 milyard dollar üzrə qiymətləndirilir. Təbii ki, bu cür vəsaiti o bir gecəyə qazanmayıb. Onun, milyarder olmamışdan öncə pul qazanmaq üsullarını sizlərə təqdim edirik.
12 yaşında Musk özünün videooyununu yaradaraq onu satmışdı:
Onun yaratdığı oyun Blaster adlanırdı. Həmin oyunda oyunçudan tələb olunan, yadplanetli kosmik gəmiləri məhv etmək idi. Musk uşaqlıq vaxtlarından kompüterlərlə maraqlanırdı və o, 9 yaşında proqramlaşdrmağı öyrəndi. Oyunu isə o, BASIC-də yazmışdı. Oyunun kodu Cənubi Afrikanın PC and Office Technology adlı nəşriyyatında yayımlanandan sonra Musk 500$ pul əldə etmişdi. Bu, Muskın satdığı ilk məhsul idi. Günlərin birində Musk, hətta taxta-şalban mişarlayan yerdə təmizlikçi qismində də çalışmışdı. 1988-ci ildə Musk Cənubi Afrikadan getdi və Kanadada iş axtarmağa başladı. İşə düzəlmənin bir sıra variantları bir qədər gözlənilməz oldu. İlk öncə o, Uoldek şəhərində yaşamış qohumunun fermasında bitkilərə qulluq etmiş və taxıl yığılması ilə məşğul olmuşdur. Daha sonra Vankuverdə isə taxta-şalban mişarlamağı öyrənmişdi. Lakin sonra Musk, işə düzəlmə xidmətinə gedərək onun üçün ola biləcək ən yüksək maaşlı işi tapmaq istədi. Beləliklə o, taxta-şalban mişarlayan yerdə qazanxana təmizləyən vəzifəsinə işə düzəldi. Bu işə görə Musk, saatda 18$ alırdı. 1988-ci il üçün bu heçdə pis qazanc deyildi. O, çətin işi yerinə yetirirdi. Belə ki, o, bədəninə təhlükəsizlik forması geyinərək binanın dar yerlərinə keçib oraları taxta qırıntılarından təmizləməli olurdu. Bununla yanaşı binada temperatur çox yüksək idi.
Musk, Bank of Nova Scoatia bankının top menecerinə zəng edərək onu yeməyə dəvət edəndən sonra o, bankın praktikasına düşdü:
Musk, Kanadada öz qardaşı Kimball Musk ilə görüşdü. Məqsədlərinin ardınca gedən iki qardaş, biznes müzakirəsi üçün ciddi sahibkarları axtarmağa başladılar. Onlar özləri müxtəlif biznesmenlərə zəng edərək bir yerdə nahar etməyi təklif edirdilər. Həmin insanlar arasında Kanadanın ən böyük bankı olan Bank of Nova Scotia-nın top meneceri Peter Nicholson da var idi. Nicholson, bu iki qardaşın ruh yüksəkliyini bəyəndi. Elon isə onun diqqətini o qədər çəkdi ki, Nicholson, Musk-ın mentoru oldu və ona, bankda yay təcrübəsi keçməyi təklif etdi. Yay təcrübəsində Musk, saatına 14$ qazanırdı. Musk, yaşadığ yataqxanadakı otağında kompüter və onun hissələrini satırdı. Kuins Universitetindəki təhsili müddətində Musk, kənar və o vaxtlar üçün gəlirli olan biznes ilə məşğul olmağa başladı.
O nəinki öz yaşadığı otağında kompüter və onlar üçün nəzərdə tutulmuş hissələr satırdı, həmdə öz dostları üçün kompüterlər yığırdı. “Onların kompüterləri çalışmayanda və ya viruslarla yoluxanda mən onları bərpa edirdim. Mən demək olar ki, hər bir problemin həllini tapa bilirdim” – deyə Musk bildirmişdi. O, təhsil ödənişini öz evində açdığı gecə klubu hesabına ödəyirdi. 1992-ci ildə Musk, Pensilvaniya Universitetinə keçdi. Öz dostu ilə birlikdə o, ucuz qiymətə 10 otaqlı yataqxananı icarəyə götürdü. Həftə sonları həmin yataqxana qeyri-leqal gecə klubuna çevrilirdi. Yataqxananın pəncərələri qara rəngli zibil torbaları vasitəsilə bağlanırdı. Musk heç vaxt alkoqol barəsində təcrübəli olmadığı üçün o heç zaman içmirdi və hər şeyi idarə edirdi. Musk-ın sözlərinə görə hər həftənin sonunda olmuş qeyri-leqal gecə klubu hesabına o, kollecdəki təhsilinin pulunu ödəyə bilirdi. “Bir gecəyə mən o qədər pul qazanırdım ki, o pul, yataqxananın bir aylıq icarəsinə kifayət edirdi” – deyə Musk bildirib.
1995-ci ildə Musk, internet startap yaratmaq üçün Stenforddakı təhsilini dayandırdı:
Stenford Universitetinə qəbul olduqdan 2 gün sonra o başa düşdü ki, internetin arxasında böyük gələcək var. Beləliklə o, təhsilini dayandıraraq qardaşı ilə birlikdə Zip2 adlı şirkəti yaratdı. Bu şirkət, online nəşrlər üçün xəritə və naviqasiya sahəsində fəaliyyət göstərirdi. Sözügedən biznesi yaratmaq üçün Musk qardaşları, atalarının bank hesabından 28.000$ vəsait götürmüşdülər. 4 ildən sonra isə Musk, şirkəti sataraq milyoner oldu. 1999-cu ildə Zip2, o vaxtlar yeni təsis edilmiş “Compaq” şirkəti tərəfindən alındı. Müəyyən müddətdən sonra həmin şirkət, kompüter sistemlərinin satışı ilə məşğul olan aparıcı şirkətlərdən biri oldu və 2002-ci ildə “HP” tərəfindən alındı. Zip2, 307 milyon dollara satıldı. Həmin vəsaitdən Musk-a çatan isə 22 milyon dollar oldu. Zip2-nun satışından sonra Musk, X.com adlı şirkəti yaratmaq üçün 12 milyon dollar vəsait xərclədi. Onun o vaxtlardakı fikrinə əsasən yeni şirkət, online ödəniş sisteminin gedişatını təyin edəcəkdi. 2000-ci ildə X.com, rəqib şirkət olan “Confinity” ilə birləşdi və bir müddətdən sonra o öz adını PayPal-a dəyişdi. Direktorlar şurasında olmuş uzun müzakirələrdən sonra baxmayaraq ki, Musk, şirkətin böyük sayda səhmlərinə sahib idi, onu direktorlar şurasından uzaqlaşdırdılar. 2002-ci ildə isə “PayPal”, “eBay” tərəfindən alındı. Musk isə bu müqavilənin bağlanmasını məsləhət görmürdü. Nəticədə müqavilənin dəyəri 1.5 milyard dollar təşkil etdi və Musk həmin satışdan 180 milyon dollar qazandı.
technote.az
Mənbə: www.Businessinsider.com (Sergei Klebnikov)