Sentyabrın 10-da səhər saatlarında Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib.
Bunu Teleqraf.com-a açıqlamasında Leyla Şıxlinskaya Klinikasının baş direktoru, mama-ginekoloq Nuriyyə Qədirova deyib.
Onun sözlərinə görə, 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanova sentyabrın 1-də klinikaya daxil olub:
“Qadına 34-35 həftəlik hamiləlik, ağır dərəcəli preeklampsiya, splenektomiyadan (dalağın kənar edilməsi) sonrakı vəziyyət diaqnozu qoyulmuşdu. Qadının vəziyyəti ağır idi. Arterial təzyiqi 170-160, sidikdə zülal 5 olduğu üçün ananın mühafizəsi məqsədi üçün qeysəriyyə əməliyyatı aparılıb. O bu vəziyyətdə saxlansaydı, beyninə qan sıza bilərdi”.
Röya Qədimova bildirib ki, dünyaya gələn qız uşağının çəkisi 2100 qram olub:
“Qadının vəziyyəti ağır olduğu üçün beş gün ərzində reanimasiya şöbəsinə müalicə aldı. Vəziyyəti düzələn kimi palataya köçürüldü. Evə getmək üçün hazırlaşırdı.
Xəstəxanada qaldığı 9-cu gün gecə qəfildən yuxudan oyanıb, həkimləri çağırıb ki, boğuluram. Həkimlər onu reanimasiya yerləşdirib. Ağ ciyərində problem olub. Həkimlərin cəhdlərinə baxmayaraq, qadının həyatını xilas etmək olmayıb”.
Həkim müavini qeyd edib ki, körpə evə buraxılıb.