APA informasiya agentıiyinin 13-cü ad günündə üç media rəhbəri bir araya gələrək, müzakirələr aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Musavat.com-a görüş iştirakçıları məlumat veriblər.
Məlumatda bildirilir ki, "Azeri Press" informasiya agentliyinin ad gününü təbrik etmək üçün APA Holdinqə gələn "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı və "Yeni Müsavat" media qrupun rəhbəri Rauf Arifoğlu holdinqin prezidenti Vüsalə Mahirqızı və əməkdaşlar tərəfindən hərarətlə qarşılanıblar. Holdinqin binası və iş sistemi ilə tanış olan media rəhbərləri daha sonra işgüzar müzakirələr aparıblar.
Müzakirələr ölkə mediasının bir neçə önəmli problemləri ətrafında keçib. Qərara gəlinib ki, bu problemlərlə bağlı ortaq və koordinasiyalı çalışmalar başladılsın.
Daha sonra hər üç KİV rəhbəri APAteleviziyasına müsahibə veriblər.