Rusiyaya məxsus gəmi fırtına səbəbindən Türkiyə sularında çıxılmaz vəziyyətdə qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rostov limanına doğru hərəkət edən gəminin göyərtəsində 6 nəfər olub.
Həmin şəxslər Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları tərəfindən helikopter vasitəsilə xilas edilib.
Dəmirlə dolu gəmi isə Bartın limanı yaxınlığında sahibsiz qalıb.