8 Dekabr 2017 19:11
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi internet resurslarında Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məlumatlar yer alır.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, yayılan bu cür informasiyalar əsassızdır və həqiqətə uyğun deyil:

"Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır".

Məlumatda o da qeyd edilib ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi məktubla müraciət edib: “Sorğuya cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, qurumun toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər