9 Dekabr 2017 23:59
3 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaragilə meyvəsi göz xəstəliklərinə müsbət təsir göstərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, meyvə xüsusi ilə ahıl yaşlarda, şəkər və digər xəstəliklərlə bağlı göz nahiyəsində yaranan damar tutqunluğuna faydalıdır.

Bu meyvənin antioksidantla zənginliyi qanda olan şəkərin miqdarını salmağa, qan dövranını yaxşılaşdırmağa kömək edir.

Türkiyə mütəxəssisləri bildiriblər ki, şəkər və ürək-damar xəstələri bu meyvədən istifadə etməklə sağlamlıqlarıını qoruya bilərlər. Bu meyvə hər cür göz narahatlığı, göz təzyiqi ilə yaranan katarakta və sair xəstəlikləri, ahıl yaşlarda yaranan makular degenerasiya kimi problemlərə faydalıdır.

Məlumata görə, 2-ci dünya döyüşü əsnasında ingilis pilotları görmə qabiliyyətini artırmaq üçün qaragilədən istifadə edirmiş.


Müəllif: Sara

Oxşar xəbərlər