18 Dekabr 2017 11:41
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur:

"Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsitərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".

Komitə sədri bildirib ki, əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var:

"Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, fond yanvar ayından fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

"İraqdakı Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir. Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları İraqda olan uşaqların Azərbaycana gətirilməsi üçün işlər görür. Artıq uşaqların bəziləri gətirilib və proses davam edir" - Mübariz Qurbanlı deyib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər