22 Dekabr 2017 20:46
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Artıq Ticarət Evinin idarə olunması məqsədilə Latviyada “Azərbaycan Ticarət Evi” MMC yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.

Azərbaycan Ticarət Evi yerli məhsullarımızın “Made in Azerbaijan” brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər