9 Yanvar 2018 11:18
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsində nadir və mürəkkəb əməliyyat həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, şöbədə 48 yaşlı qadın xəstənin böyrəküstü vəzisindəki törəmə qapalı yolla xaric edilib.

Əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq Rəşad Şolan bildirib ki, xəstə çox ciddi endokrinoloji problemlərlə RMDM-ə müraciət edib: “Araşdırmalar zamanı müəyyən edildi ki, xəstənin sol böyrəküstü vəzisində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verildi. Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla başa çatdırılıb”.

Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər