20 Yanvar 2018 00:32
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına “Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər