5 Fevral 2018 16:21
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkərandan 30 kilometr kənarda yerləşən Gəgiran kəndində torpaq sürüşməsi baş verib.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, kəndə gedə yol bağlanıb: “Ucqar kəndin ərazisində torpaq sürüşməsi baş verib, 100 metr yol bağlanıb. Həmin ərazidə yaşayış evi yoxudr”.

Lənkəranın Gəgiran kəndində torpaq sürüşməsi ilə bağlı ilk məlumatı kəndin orta məktəb müəllimi Həbib Əlizadə yayıb və sosial şəbəkədə foto paylaşıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər