7 Fevral 2018 16:47
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efirə çıxan müğənnilər nitqlərində yol verdikləri qüsurları düzəltməli, ədəbi dil normalarına əməl etməli olacaqlar.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, institut müğənillərlə bağlı da monitorinqlərə başlayıb: “Əslində, bu məsələ neçə illərdir ictimaiyyəti narahat edir və bu gün də aktualdır.

Son dövrlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın musiqiyə, muğama göstərdiyi dövlət qayğısı nəticəsində bir sıra yarışlar keçirilir. Yeni istedadlı musiqiçilərimiz yetişir. Bəzən ifaçılar mahnıları öz bölgəsinə uyğun səsləndirirsə, tələbələr də mahnını o cür ifa edirlər. Bu, çox ciddi məsələdir, gələcək nəsillərin ifa tərzində, nitqində də böyük qüsürlara yol açır. Nəticədə bizim mədəniyyətimizə və ədəbi dilimizə böyük zərbə dəyir. Biz dilin keşiyində dayanan insan kimi narahatıq”.

Sevinc Əliyeva qeyd edib ki, nitqlərində yol verilən qüsurlarla bağlı monitorinqlərə başlamaq müsiqi ifaçılarınınn da ürəyincə olub: “ Xanəndə Arif Babayev, müğənni Flora Kərimova, eləcə də özünə arxayn olan gənc müğənnilər bizimlə razılaşdılar. Fikrimcə, monitorinqdən sonra müğənnilər dilimizə düzgün riayət əsasında ifa tərzi formalaşdıracaqlar”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər