8 Fevral 2018 13:45
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 10 gündür çoxdur ki, Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində nisbi sakitlikdir.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu gün səhər nazirliyin əməkdaşları əraziyə baxış keçiriblər: “Divarlarda yerləşdirilən mayaklarda yeni çatlar yaranmayıb”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonunda yerləşən 163 nömrəli tam orta məktəbə hazırda 42 sakin yerləşdirilib: “Müvafiq qurumlardan onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib”.

Təhsil İdarəsi sakinlərə kömək məqsədi ilə pul toplanmasına da aydınlıq gətirib: “Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”.

Qeyd edək ki, bir sıra KİV-lərdə Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə paytaxt məktəblərindən pul toplanması barədə məlumat yayılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər