6 Avqust 2014 16:11
324

“Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılarla yenə də görüşəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə BQXK-i azərbaycanlı girovlarla görüşləri barədə məlumatı ancaq görüş baş verib bitdikdən sonra ictimaiyyətə açıqlayır: “Bildiyiniz kimi həmin şəxslərlə iki dəfə görüş olub. Növbəti görüş olub bitdikdən sonra məlumat yayılacaq”.

Ailələri tərəfindən onlara yazılan məktubların olub-olmamasına gəlincə, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmisi bildirib ki, prosedura uyğun olaraq həmin şəxslərin ailə üzvləri məktub yazırlar, qoyurlar və görüş zamanı bu məktub həmin şəxslərə çatdırılır.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

Anar Kəlbiyev


Müəllif:
Загрузка...