“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını daim diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək.
Baytarlıq Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 12-də başlanması nəzərdə tutulur.
Hazırda ölkədə “quş qripi” və digər yoluxucu xəstəliklərə dair epizootik vəziyyət sabitdir. DBX əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
Sevinc